May 22, 2017 16:41 Asia/Baku
  • Pakistanla Belarus arasında hərbi əməkdaşlıq razılaşması
    Pakistanla Belarus arasında hərbi əməkdaşlıq razılaşması

Pakistanın müdafiə istehsalatı naziri Belarus rəsmiləri ilə hərbi təchizatların müştərək istehsalı barədə razılaşmanın əldə olunmasından xəbər verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Pakistanın müdafiə istehsalatı naziri Ranatnuir Hüseyn bu gün Belarus müdafiə istehsalatı naziri Andrani Aleksi ilə görüşündə iki ölkə arasında mövcud potensialı nəzərə alaraq müxtəlif növlü silahların istehsalı sahəsində əməkdaşlıq yollarını araşdırıb.

Öncə də Pakistan və Belarus baş nazirləri Nəvaz Şərif və Aleksandr Lukaşenkonun İslamabadda baş tutan görüşündə Nəvaz Şərif demişdi ki, ölkəsi Belarus ilə müdafiə sahəsində əməkdaşlıqların genişləndirilməsini istəyir. 

Belarus isə ötən milad ili noyabr ayında Pakistanın müdafiə sənayesində investisiya qoymağa hazır olduğunu bildirmişdi. 

Hal hazırda Pakistan dünyada 40 ölkəyə silah satır və Çin və digər ölkələrlə müştərək silah istehsalını planlaşdırır.