May 22, 2017 18:05 Asia/Baku
  • Moskva Suriyada atəşkəsin pozulmasından xəbər verib
    Moskva Suriyada atəşkəsin pozulmasından xəbər verib

Rusiya rəsmiləri bazar günü ilə bitən 24 saat ərzində Suriyada atəşkəsin 12 dəfə pozulduğunu bildiriblər.

Sinxua xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi atəşkəsin Dəməşqdə 2, Homada 9 və Dərada 1 dəfə pozulduğunu bildirib və daha çox İŞİD və Ən-Nüsrə Cəbhəsi terror qruplarının nəzarətində olan bölgələrdə yüngül silahlardan istifadə nəticəsində baş verdiyini diqqətə çəkib. 

Rusiyanın Müdafiə Nazirliyinin bəyanatına əsasən bu müddət ərzində " toqquşmaların məhdudlaşdırılmalı olduğu bölgələr"-də stabil vəziyyət höküm sürüb. 

İran İslam Respublikası, Rusiya və Türkiyə mayın 4-də Qazaxıstan paytaxtı Astanada 4-cü Suriya sülh müzakirələrinin sonunda Suriyada 4 bölgədə təhlükəsiz zonaların yaradılması barədə razılıq imzaladılar. 

Bu layihəyə əsasən bu bölgələrdə 6 ay müddətinə heç bir toqquşma və hava hücumunun baş verməməsi qərara alındı. 

Amerika və onun qərb və ərəb müttəfiqlərinin Suriyanın qanuni hökumətinə qarşı dəstəklədikləri terrorçu qrupların əməliyyatları 2011-ci il mart ayından başlayaraq davam edir və bu müddətdə 320 min insanın ölümü ilə nəticələnib. Terrorçuların fəaliyyətləri nəticəsində Suriyada yarım milyon insan öz yurd-yuvasından didərgin düşüb. 

Teqlər