May 24, 2017 09:45 Asia/Baku
  • Hindistanlılar fələstinli əsirləri dəstəklədilər

Hindistan vətəndşaları paytaxtı Dehlidə aksiya keçirərək sionist rejim həbsxanalarındakı fələstinli əsirləri dəstəkləyiblər.

İRNA-nın məlumatına görə, Fələstini dəstəkləyən bir qrup Yeni Dehlidə Fələstin səfirliyi qarşısına toplaşıb və şüarlar səsləndirərək beynəlxalq ictimaiyyətin sionist rejim həbsxanalarında aclıq aksiyası keçirən fələstinli əsirlərə diqqət yetirməsini istəyib. 

Aksiya iştirakçıları sonda bir bəyanat verərək sionist rejimin məzlum Fələstin vətəndaşlarına qarşı cinayətlərinə son qoymaq üçün bu rejimə beynəlxalq təzyiqin göstərilməsini vurğulayıblar. 

Teqlər