May 24, 2017 14:20 Asia/Baku
  • Los Anceles Times: Ağ Ev repressiv rejimləri dəstəkləyir

ABŞ-ın Los Anceles Times qəzeti yazıb: Ağ Evin xarici siyasəti həmişə repressiv rejimlərə dəstək istiqamətində olmuşdur.

İRNA-nın məlumatına görə, Los Anceles Times qəzeti çərşənbə axşamı günü öz oxucularının məktublarını yayımlayıb: Ağ Evin Yaxın Şərqdə repressiv rejimləri dəstəkləmək üzrə siyasəti tənqid olunub.

Los Anceles Times qəzetinin oxucularından biri yazıb: ABŞ prezidenti Donald Tramp elə bir halda Səudiyyə Ərəbistanı rəsmiləri ilə müzakirə edir ki, bu ölkədə heç bir seçki keçirilmir.

Bu məktubda əlavə olunub: Ərəbistanın əksinə olaraq İranda milyonlarla vətəndaş 19 may 2017-ci il seçkilərdə öz prezidentini seçmək üçün səsvermədə iştirak etdi.

Başqa bir məktubda bildirilir: Tramp Ərəbistana getdi. Bu ölkə heç bir seçki olmadan krallıq hökumətidir və vəhhabi radikal cərəyanları vətəndaşların həyatına tam nəzarət edirlər.

ABŞ prezidenti şənbə günü Səudiyyə Ərəbistanına səfər edərək bu ölkə ilə 400 milyard dollar dəyərində müqavilələr imzaladı. 110 milyard dollarlıq müqavilə isə Səudiyyə Ərəbistanıana silah satışına şamil olur.

Teqlər