May 24, 2017 18:16 Asia/Baku
  • Almaniya hərbçilərini Türkiyədən çıxarmaqda qərarsızdır

Almaniya müdafiə naziri deyib: Berlin alman hərbçilərin Türkiyənin İncirlik hərbi hava bazasından çıxarması haqda qərar verməyib.

Türkiyənin TRT televiziyasının internet portalının məlumatına görə, Alman hərbçilərin Türkiyədən İordaniyanın hərbi bazasına köçürülməsi daha münasib variant hesab olunur. Almaniya müdafiə naziri Ursula Qertrud Von Der Leyen xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında ötən həftə İordaniyada hərbi bazaya baxış keçirdiyini deyib: Bu bazada ABŞ, Hollandiya və Belçika hərbçiləri vardır. Lakin hələlik bu barədə siyasi qərar verilməyib.

Almaniya müdafiə naziri bildirib: Almaniya parlamenti terrorizmlə mübarizədə iştirak üçün alman hərbçiləri İncirliyə ezam edib.

Almaniya müdafiə naziri Almaniyanın Avaks təyyarələrinin Konya bazasından çıxarılması ilə əlaqədar gəzən söhbətlər barədə də bildirib: Bu barədə Şimali Atlantik Alyansı NATO-nun bütün 28 üzvü qərar verməlidir.

İŞİD terror qruplaşması ilə mübarizə koalisiyası çərçivəsində təxminən 250 alman hərbçi Türkyənin cənubunda İncirlik hərbi hava bazasında yerləşib.

Türkiyə rəsmiləri son vaxtlar Almaniyanın parlament heyətinin İncirlik bazasında yerləşdirilmiş alman hərbçiləri ilə görüşünə icazə verməyiblər.