May 24, 2017 22:35 Asia/Baku
  • ABŞ senatoru Ərəbistana silah satışına etiraz etdi
    ABŞ senatoru Ərəbistana silah satışına etiraz etdi

ABŞ-ın Respublikaçı senatoru bu ölkənin Səudiyyə Ərəbistanına silah satışının dərhal dayandırılmasını istəyib.

Press TV-nin məlumatına görə, amerikalı respublikaçı senator Rend Poul deyib: Vaşinqton Ər-Riyada silah satışı və dəstəyi ilə Ali-Səud rejiminin Yəmndəki cinayətlərində əlbir və şərikdir. 

Amerikalı senator çərşənbə günü Səudiyyə Ərəbistanına silah satışı müqaviləsinin icrasının qarşısını almaq üçün bir təklif layihəsi təqdim edəcək. Layihə haqda səsvermə 2017-ci ilin iyun ayının ortalarında keçiriləcək. 

Rend Poul silah ixracatına nəzarət qanununa əsasən bu layihəni ABŞ Senatında təsdiqləmək üçün təqdim edəcək. 

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfərində bu ölkəyə silah satışı üçün 110 milyard dollarlıq anlaşma imzalayıb. 

Teqlər