May 29, 2017 15:24 Asia/Baku
  • Səudiyyə başçıları yoxsulluğu ört-basdır edirlər
    Səudiyyə başçıları yoxsulluğu ört-basdır edirlər

Əcnəbilərin diqqətini çəkmək və silah almaq üçün bolluca xərcləyən Ali-Səud başçıları ölkənin böyük hissəsinin yoxsulluq və fəlakət içərisində yaşamasını ört-basdır etməyə çalışır.

Əl-Minar telekanalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı rəsmilərinin Amerika prezidenti və onu müşayiət edənlərə qarşı bədxərcliklərini görən kimsə Səudiyyə Ərəbistanı xalqının tamamilə təmin olunduğu və bu ölkədə hətta bir nəfər yoxsulun olmadığını təsəvvür edər. 

Bir səudiyyəli qadın deyir: Heçnəyimiz yoxdur

Başqa bir səudiyyə vətəndaşı: Bir çadırım olsa o mənə kifayətdir. Əlimdən nə gəlir ki?

Başqa səudiyyəli qadın: Gecələr soyuğa, gündüzlər istiyə dözməliyik. 

Ərəbistanlı uşaq: Bizim pulumuz yoxdu. 

Yaşlı kişi: Heç nəyimiz yoxdu, sığortamız yoxdu, bu ədalətlidirmi?

Bunlar  dünyada neft istehsalçıları arasında birinci yerdə duran ölkənin vətəndaşlarının sözləridir. 

Səudiyyə Ərəbistanı super güclərin və beynəlxalq təşkilatların dəstəyini qazanmaq üçün milyardlar dollar xərcləyir halbuki qeyri rəsmi statistikalara görə bu ölkə əhalisinin 25 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. 

Vaşinqton Post və Quardian qəzetlərinin araşdırmaları göstərir ki, Səudiyyə Ərəbistanında 2-4 milyon əhali yoxsulluq həddindən aşağı səviyyədə yaşayır . Forbes jurnalının dünyanın ən varlı adamları hesab etdiyi Səudiyyə Ərəbistanına hökmranlıq edən xanədan ölkədəki yoxsulluq və bərbad vəziyyəti ört-basdır edir, bu barədə danışan hər kəsə qarşı güc tətbiq edir. Səudiyyə Ərəbistanından yoxsulluq barədə bir video yayan 3 bloqerin həbs edilməsi bunun bariz nümunəsidir.