May 29, 2017 20:37 Asia/Baku
  • Tramp Ş.Koreanın raket sınağına reaksiya verib
    Tramp Ş.Koreanın raket sınağına reaksiya verib

Amerika prezidenti Şimali Koreanın son raket sınağını Çinə hörmətsizlik hesab edib.

İRNA-nın verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Şimali Koreanın növbəti ballestik raket sınaqdan keçirməsinin ardınca Twitt edərək yazıb: Ş.Korea bu hərəkəti ilə qonşusu Çinə çox hörmətsizlik edib. 

BMT-nin sanksiyalarla hədələməsinə və ABŞ-ın hərbi hücumla təhdid etməsinə rəğmən Şimali Korea cari ildə 12-ci ballestik raketini sınaqdan keçirdi. 

Cari ildə ikinci dəfə olaraq Ş.Koreanın bir ədəd raketi Yaponiya sahilləri yaxınlığına düşdü. 

Ş.Korea daima bildirib ki, Amerika və onun müttəfiqləri Pxenyana təhdidlərini davam etdirincə bu ölkə özünün hərbi gücünü artırmaqda və önləyici hücum qabiliyyətini gücləndirməkdə davam edəcək. 

Teqlər