İyun 01, 2017 20:03 Asia/Baku
  • Amerikalı senator Vaşinqtonun Ərəbistanı dəstək verməsinə etiraz etdi
    Amerikalı senator Vaşinqtonun Ərəbistanı dəstək verməsinə etiraz etdi

Ran Pol Ərəbistan rejiminin İŞİD və Əl-Qaidə terror qruplaşmalarının əsas dayağı adlandırıb və ABŞ-ın Ər-Riyada silah satmasını tənqid edib.

Senator Ran Pol çərşənbə günü "Ran Pol Liberti Report" saytına verdiyi müsahibədə Ərəbistanın Yəmənə olan təcavüzlərinə işarə edərək, deyib: ABŞ və Ərəbistan arasındakı silah müqaviləsi Konqresdə araşdırılmalıdır. 

Bu respublikaçı senator Yəmənin durumunu xüsusi ilə də bu ölkənin sivil əhalisinin qırğın edilməsini bir faciə adlandırıb və Ərəbistanın bu cinayətləri ABŞ-dan aldığı silahlar hesabına törətdiyini bildirib.

Ran Pol əlavə edib: ABŞ xalqı Yəmən xalqının başına gələn fəlakətlərdən agah olmaq haqqına malikdir. 

Ran Pol ABŞ-ın siyasətlərinin Suriyada İŞİD-in yaranmasına səbəb olduğunu bildirib və deyib: Bu ssenarinin yenidən təkrarlanması Yəməndə oxşar boşluğun yaranmasına və bu boşluğun Əl-Qaidə tərəfindən doldurulmasına səbəb ola bilər. 

Ərəbistan 2015-ci ilin martından davamlı olaraq Yəməni havadan, qurudan və dənizdən hücumlara məruz qoyur. İndiyə kimi bu hücumlarda 12000 yəmənli həlak olub. 

Teqlər