İyun 05, 2017 09:11 Asia/Baku
  • Portlenddə Tramp tərəfdarları ilə əleyhdarları arasında insident
    Portlenddə Tramp tərəfdarları ilə əleyhdarları arasında insident

Oreqon ştatının Portlend şəhərində ABŞ prezidenti tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma insidentlə nəticələnib.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Oreqon ştatının Portlend şəhərinin mərkəzində aksiya və qarşıdurma zamanı ABŞ prezidenti Donald Tramp tərəfdarları və əleyhdarları bir-biri əleyhinə şüarlar verib və aralarında əlbəyaxa döyüş baş verib. 

Məlumatlara görə, bu qarşıdurmalarda azı iki nəfər polis tərəfindən saxlanılıb və bir neçə nəfər də yaralanıb. 

Qara paltarlar geyinən və üzlərini bağlayan Trampın əleyhdarları onun tərəfdarlarını faşist adlandırıblar. 

Tramp tərəfdarları və əleyhdarları arasında qarşıdurmanın şiddətlənməsi ilə anti-üsyan qüvvələri bölgəyə gətirilib və daha ağır insidentin baş verməsinin qarşısı alınıb. 

Donald Tramp ABŞ prezidenti seçildiyi zamandan bu ölkənin müxtəlif şəhərləri hökumət əleyhinə yürüş və aksiyaların şahididir. Onlardan bəzisi ağır toqquşmalarla nəticələnmişdir. 

Teqlər