İyun 07, 2017 18:32 Asia/Baku
  • Britaniyada sionist məhsullara qadağa tətbiqi istənilib

Beynəlxalq Amnistiya Təşkilatı Britaniyadan sionist qəsəbələrdə istehsal olunan məhsulları qadağan etməsini istəyib.

İndependent qəzetinin yazdığına görə, Beynəlxalq Amnistiya Təşkilatı sionist qəsəbələrdə hazırlanan məhsulların qeyri-qanuni sayıldığını nəzərə alaraq Britaniyadan öz nüfuzundan istifadə edərək fələstinlilərin hüquqlarının tapdalanmasına mane olmasını istəyib.

İnsan haqları müdafiəçisi olan təşkilatların qənaətincə, belə hərəkət fələstinlilərə qarşı insan haqlarının geniş şəkildə pozulmasına səbəb olan bir neçə milyon funkt-sterlinqlik mənfəətə son qoya bilər.

Britaniya sionist qəsəbələrdən portağal, xurma, mineral su və halva idxal edir.

Beynəlxalq Amnistiya Təşkilatı İordan çayının qərb sahilinin işğal edilməsinin 50 illiyi ilə əlaqədar bir kampaniya təşkil edərək ölkələrdən sionist qəsəbələrdə istehsal olunan məhsulların onların bazarlarına daxil olmalarına və öz şirkətlərinin bu qəsəbələrdə fəaliyyət göstərmələrinə icaz verməmələrini istəyib.

Beynəlxalq Amnistiya Təşkilatı İsrail rejiminin fələstinlilərin mənzillərinin dağıdılması və onların təbii ehtiyatları və ərazilərini qanunsuz olaraq ələ keçirməsi qarşısında sükut etməkdə Britaniyanı suçlayıb.

Teqlər