İyun 10, 2017 06:27 Asia/Baku
  • Şanxay Əməkdaşlıq Təşkilatının başçıları Suriya böhranının həllini vurğulayıblar
    Şanxay Əməkdaşlıq Təşkilatının başçıları Suriya böhranının həllini vurğulayıblar

Şanxay Əməkdaşlıq Təşkilatının başçıları özlərinin Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən 17-ci sammitlərində Suriya böhranının həllini vurğulayıblar.

IRNA-nın məlumatına görə, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov bu təşkilatın üzvlərinin Astana sammitində deyib: Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin başçıları Suriya böhranının BMT Təhlükəsizlik Şurasının qaydalarına əsasən suriyalı-suriyalı danışıqlar yolu ilə həllini istəyirlər.

O, sonra deyib: Şanxay Əməkdaşlıq Təşkilatının başçıları inanırlar ki, Astana sammiti BMT-nin nəzarəti altında İsveçrənin Cenevrə şəhərində keçiriləcək gələcək sammitdə iştirak edəcək bütün tərəflər tərəfindən Suriya böhranı üçün qəbulediləsi həll yolunun tapılmasından ötrü lazımi şərait yaradacaq.

Teqlər