İyun 10, 2017 11:08 Asia/Baku
  • 
Mərakeşdə insident
    Mərakeşdə insident

Son aylarda ictimai etirazların mərkəzinə çevrilən Mərakeşin şimalında əl-Həsimə şəhərində etirazçılarla polis əməkdaşları arasında qarşıdurma yaranıb.

Əl-Aləm televiziyasının məlumatına görə, bir qrup gənc əl-Həsimə şəhərinin Seyidi Abid məhəlləsində bir yerə toplaşıb və küçələrdə yürüş keçirib. 

Etirazçılar təhlükəsizlik məmurlarına doğru daş atıb və qarşısında gözyaşardıcı qazlarla üzləşiblər. 

Polis məmurları da yürüşçülərin yolunu bağlayaraq onları əl-Həsimə meydanlarından birinə qayıtmağa məcbur ediblər. 

Baş verən insidentdə azı iki nəfər, o cümlədən bir polis yaralanıb. Polis bir qrup etirazçını həbs edib. 

Etirazçılar etirazları davam etdirəcəklərini bildiriblər. 

Teqlər