İyun 16, 2017 10:00 Asia/Baku
  • Rusiya Amerikanı suriyalı qüvvələri hədəfə almaq niyyətində olmaqda ittiham edib
    Rusiya Amerikanı suriyalı qüvvələri hədəfə almaq niyyətində olmaqda ittiham edib

Rusiya Amerikanı bunda ittiham edibdir ki, Suriya ərazisində bir raket sistemi yerləşdirməklə suriyalı qüvvələri hədəfə almaq niyyətindədir.

Frans-Press-in məlumatına görə, Rusiya ordusu dünən bir bəyanatda bildiribdir ki, Amerika "HIMARS" tipli çoxməqsədli raket sistemini İordaniya ərazisindən Suriya ərazisinə köçürməklə suriyalı qüvvələri hədəfə almaq niyyətindədir.

Rusiya müdafiə nazirliyi biildirib ki, raket sistemləri xüsusiyyət təşkil etməklə hər cür xarici silahın Suriya ərazisində yerləşdirilməsi Suriya hökumətinin razılığı ilıə həyata keçirilməlidir.

Rusiya ordusu bildiribdir ki, "HIMARS" tipli çoxməqsədli raketlərin fəaliyyət radiusu Amerikanın himayəsi altında olan "suriyalı kürd qüvvələri" bölmələrinə dəstək istiqamətində ola bilməz.

Rusiya ordusu vurğulayıb ki, Amerikanın komandanlığı altında olan koalisiya dəfələrlə İordaniya sərhədi yaxınlığında İŞİD ilə vuruşan Suriyanın hökumət qüvvələrini hədəfə alıbdır.

 

Teqlər