İyun 17, 2017 09:11 Asia/Baku
  • ABŞ və Yaponiya gəmiləri toqquşublar
    ABŞ və Yaponiya gəmiləri toqquşublar

Amerika ordusu bildirib: Yaponiya sahilləri yaxınlığında ABŞ-ın esminesi Yaponiyanın bir ədəd ticarət gəmisi ilə toqquşub, nəticədə Amerikanın 7 dəniz qüvvəsi yoxa çıxıb. Qəza nəticəsində bir neçə nəfər yaralanıb və Vertalyot vasitəsi ilə xəstəxanaya köçürülüb. Hələlik bu hadisədə yaralıların dəqiq sayı barədə məlumat yayılmayıb.

Havaidə Amerikanın Sakit okean hərbi dəniz donanması bir bəyanat yayaraq bildirib ki, Amerikanın hərbi donanması Yaponiyanın sahil qvardiyasını yardıma çağırıb. Bəyanatda deyilir: USS Fitzgerald hərbi gəmisi Yaponiyanın Yokosuka şəhərinin  cənub qərbindən 56 mil məsafədə bir ədəd ticarət gəmisi ilə toqquşub. 

Bu nadir qəza hadisəsinin terror aktı ilə əlaqəsi olmadığı bildirilib.

ABŞ-ın dəniz qoşunları bildirib ki, qəza nəticəsində Amerikanın hərbi gəmisinin sağ tərəfi xəsarət alıb. 

Teqlər