İyun 23, 2017 19:09 Asia/Baku
  • Ümumdünya Qüds günü yürüşü dünya medialarında
    Ümumdünya Qüds günü yürüşü dünya medialarında

İran xalqının Ümumdünya Qüds günü yürüşündə geniş iştirakı dünya medialarında geniş şəkildə işıqlandırılıb.

Assoşieyted-Press İran xalqının Ümumdünya Qüds günü yürüşündə geniş iştirakını etiraf edərək, bildirib ki, bütün İranda anti-İsrail yürüşü Fələstinin işğalına qarşı şüarların verilməsilə keçirildi.

Frans-Press də İranda Ümumdünya Qüds günü yürüşünü işıqlandıraraq, yazıbdır ki, İran xalqı ölkə boyu Ümumdünya Qüds günü yürüşlərində İsrail rejiminə və Ali-Səud rejiminə qarşı şüarlar veribdir.

Röyters və Sin-Xua xəbər agentlikləri, Nyu-York Tayms qəzeti, Trend xəbər agentliyi, sionist "Tayms Av", "Urşəlim Post" və "Haarets" qəzetləri, Fələstin Əlyəum xəbər portalı, ərəbdilli Beyrut Press xəbər agentliyi, Əlminar və Əlməyadin telekanalları da geniş şəkildə İranda Ümumdünya Qüds günü yürüşlərini işıqlandırıblar.

Teqlər