İyun 24, 2017 09:19 Asia/Baku
  • Pakistanda qanlı cümə
    Pakistanda qanlı cümə

Təkfirçilər dünən Pakistanın şimal qərbində yerləşən Paraçinar bölgəsində oruc ağız əhalini qırğın ediblər. Bu terror aktlarında 170-dən çox insan ölüb və yaralanıb.

Şiə sakinli Paraçinar şəhərində baş verən iki partlayışda 35 nəfər şəhid olub yüzdən çox adam yaralanıb. 

İŞİD-in tabeliyində olan Əhrar cəmiyyəti terror qrupu Pakistanın Bəluçestan vilayətinin mərkəzində törədilən bu partlayışların məsuliyyətini öz üzərinə götürüb. 

Pakistanın baş naziri Nəvaz Şərif Küeytə şəhərində baş verən terror aktını pisləyərək deyib: Bu kimi cinayətlərlə əlləri günahsız insanların qanına boyanmış Vəhhabi təkfirçilər İslamabadı terrorizm ilə mübarizədən çəkindirə bilməyəcəklər. 

Teqlər