İyun 24, 2017 15:54 Asia/Baku
  • London AB-nin vahid bazarından çıxır
    London AB-nin vahid bazarından çıxır

Britaniya hökumətində Brexit naziri deyib: Britaniya Avropa birliyinin vahid bazarından və gömrük ittifaqından çıxmaqda israrlıdır.

İranın sərhədaşırı italiyan radiosunun məlumatına görə, Deyvid Deyvis Brüsseldə AB-nin yüksək səviyyəli müzakirəçisi Mişel Barniye ilə birgə mətbuat konfransında deyib: Britaniya AB-dən çıxdıqdan sonra dünyanın digər ölkələri ilə sərbəst ticarət barədə müzakirə aparacaq. 

Barniye Britaniyanın AB-ni tərk etməsi barədə münasib zamanda  məntiqli həll yolunun  tapılmasına toxunaraq deyib: Bazar ertəsi gününədək bu barədə həll yolu təqdim ediləcək. 

Avropa Birliyi bildirib ki, London 2020-ci ilədək davam edəcək maliyyə dövriyyəsindəki öz iqtisadi öhdəliklərini davam etdirməli, AB-dən çıxmaq üzrə müzakirələrin xərclərinə dair öhdəliyinə sadiq qalmalıdır. Britaniya 11 Avropa institundan və 40 ictimayi təşkilatından çıxmalıdır. 

Britaniya xalqı ötən milad ilində keçirilən referendumda bu ölkənin Avropa Birliyindən çıxmasına səs verdi. Britaniya və Avropa Birliyi Londonun 2019-cu ildə rəsmən AB-ni tərk etməsindən öncə gələcək əlaqələrin təfərrüatını müəyyənləşdirmək üçün 2 illiik fürsətə malikdirlər. 

Teqlər