İyun 24, 2017 17:52 Asia/Baku
  • Ərdoğan-Ərdoğan
    Ərdoğan-Ərdoğan

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə telefon söhbətində Moskvanın Türkiyə yolu ilə Avropaya qaz ixrac etməyə hazır olduğunu bildirib.

Putin deyib: Rusiya Türkiyə yolu ilə Avropa ölkələrinə qaz ixrac etməyə hazırdır.

Kreml sarayının mətbuat xidmətinin verdiyi məlumata görə, Putin deyib: Əgər şəriklərimiz istəsələr, Türkiyə yolu ilə Avropa bazarlarına qaz ixrac etməyə hazırıq. 

Putin həmçinin, ötən ilin payızında Rusiya və Türkiyə arasında qaz nəqli barədə "Türk axını" adlı müqavilənin imzalanmasına işarə edərək, deyib: Müqavilənin imzalanmasından ötən 7 ay ərzində "Türk axını" qaz boru kəmərinin çəkilməsinə start verilib. 

Vladimir Putin cümə günü "Türk axını" qaz boru kəmərinin qara dənizdən keçərək, Türkiyəyə uzanacaq hissəsinin çəkilməsi ilə bağlı əməliyyata başlanması haqda göstəriş verib.

Bu məlumata görə, Rusiyanın cənubunda, Anapa məntəqəsindən başlanan bu əməliyyat yerüstü boru kəmərinin Rusiya qazını "Türk axını" lyihəsi çərçivəsində Türkiyəyə nəql edəcək boru kəmərinin Qara dənizdən keçəcək hissəsinə birləşdirilməsini əhatə edir. 

Qazprom şirkətinin rəisi Aleksi Miler də ümidvarlıq edib ki, "Türk axını" qaz boru kəməri layihəsi 2019-cu ildə istifadəyə verilsin. 

Ötən ilin oktyabrında Rusiya və Türkiyə rəsmiləri arasında əldə olunmuş anlaşmaya əsasən ildə 15 milyard 750 milyon kubmetr mavi yanacağı nəql etmək qabiliyyətinə malik iki qaz boru kəməri çəkilməlidir. 

Bu iki boru kəmərindən biri Türkiyəyə, digəri isə Avropaya qaz nəql etməlidir. 

Bu boru kəmərlərindən biri Türkiyənin mavi yanacağa olan ehtiyacını təmin edəcək. Digər boru kəməri isə Avropaya qədər uzanmalıdır. 

Rusiya və Ukrayna arasında ixtilafların dərinləşməsi ilə Rusiya Avropaya yeni qaz nəqli marşrutları tapmaq istəyir. 

Teqlər