İyun 24, 2017 19:09 Asia/Baku
  • insidentlər
    insidentlər

Amerikada silahlı insidentlərin qeydə alınması mərkəzinin yaydığı məlumata görə, son silahlı insidentlər zamanı 17 nəfər həyatını itirib.

İRİB-nin verdiyi məlumata görə, Amerikada silahlı insidentləri qeydə alma mərkəzi bir hesabat yayaraq, bildirib ki, ötən 24 saat ərzində baş vermiş 64 silahlı insident zamanı 17 nəfər həlak olub, 38 nəfər isə yaralanıb.

Bu məlumata görə, ən çox silahlı insident halı Kentaki, Arkanzas, Nyu-York və Merilənddə qeydə alınıb.

Ötən 48 saat ərzində 174 insidentin qeydə alındığı Amerikada 51 nəfər odlu silahdan istifadə edilərək, qətlə yetirilib. 109 nəfər isə odlu silahdan yaralanıb.

Hər il Amerikada minlərlə nəfər odlu silahdan istifadə nəticəsində həyatını itirir.

Teqlər