İyun 24, 2017 20:58 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

ABŞ prezidenti xarici siyasətdə qalmaqal yaratmaqda davam edir

CNN telekanalının verdiyi məlumata görə, Donald Tramp ABŞ prezidenti kimi fəaliyyətə başladığı zamandan Suriya və Ukrayna məsələləri barədə yürütdüyü siyasətlər ilə Vaşinqton və Moskva arasında münasibətlərin yaxşılaşmasını daha da çətinləşdirir. 

Tramp bundan öncə Moskva ilə əlaqələrin yaxşılaşdırılmasına söz versə də, Ağ Evin siyasətləri gərginliyin daha da artmasına səbəb olub. Ukrayna böhranının davam etməsi və Rusiyanın Amerikada keçirilən 2016-cı il prezident seçkilərinə müdaxilə məsələsi iki ölkə əlaqələrini daha da gərginləşdirib. 

Belə ki, 7-8 iyul tarixlərində Hamburqda keçiriləcək 20-lər qrupunun sammitində iştirak edəcək Tramp və Putin arasında hələki, görüşün baş tutması planlaşdırılmır. 

Teqlər