İyun 24, 2017 21:09 Asia/Baku
  • Cənubi Koreyada anti-ABŞ aksiya keçirilib
    Cənubi Koreyada anti-ABŞ aksiya keçirilib

Cənubi Koreyada yeni hökumətin iqtidara gəlməsindən sonra keçirilən ilk anti-ABŞ aksiyasında "Nə Tramp, Nə THAAD" şüarı verilib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, minlərlə nəfərin iştirak etdiyi bu aksiya Seulda, ABŞ səfirliyi yaxınlığında baş tutub. Aksiya iştirakçıları Amerikanın Cənubi Koreyanı bu ölkədə THAAD raket sisteminin quraşdırılmasına məcbur etdiyini bildiriblər. 

Təqribən 4 min nəfərin qatıldığı bu aksiya Cənubi Koreyada Mun Jie İn-in hakimiyyətə gəlməsindən sonra keçirilən ilk anti-ABŞ aksiyadır. 

Deyilənlərə görə bu aksiyada iştirak edənlər əsasən Sunqci məntəqəsinin sakinləri olublar. ABŞ-ın THAAD raket sistemi məhz bu məntəqədə yerləşdirilməlidir. 

Teqlər