İyun 25, 2017 11:19 Asia/Baku
  • Avstriyada Qüds Günü yürüşü
    Avstriyada Qüds Günü yürüşü

Avstriyanın paytaxtı Vyanada müsəlman əhalinin iştirakı ilə Ümumdünya Qüds Günü yürüşü təşkil edilib.

İRNA-nın məlumatına görə, Vyanada Qüds Günü yürüşündə iştirak edənlər müxtəlif millətlərin nümayəndələri olublar. Onlar Qüds Komitəsinin təşkilatçılığı ilə Vyana şəhərinin mərkəzi küçələrində yürüş keçiriblər. 

Yürüş iştirakçıları əllərində üzərinə "Fələstinə azadlıq" və "Sionizm bərabərdir terrorizm və faşizm" şüarları  yazılmış plakatlar daşıyaraq, Fələstin xalqının acılarını paylaşıb, işğalçı İsrail rejiminə qarşı öz qəzəb və nifrətlərini bəyan ediblər. 

Teqlər