İyun 25, 2017 13:36 Asia/Baku
  • Britaniyada irqçilər və müxalifləri eyni zamanda aksiya keçiriblər
    Britaniyada irqçilər və müxalifləri eyni zamanda aksiya keçiriblər

London və Birminqhamda irqçi təfəkkürün tərəfdarları ilə ifratçılıq ilə müxalif olanlar eyni zamanda aksiya təşkil ediblər.

İRNA-nın məlumatına görə, İrqçilik ilə müxalif olanlar şənbə günü Londonun Vayt Hal xiyabanında, Baş Nazirlik binası yaxınlığında piket keçirərək, mühacirləri himayə edib, irqçilik və ifratçılığa qarşı şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları üzərində "İslamofobiyaya Yox" , "İrqçiliyə Yox" və "Mühacirlər xoş gəlmişsiniz" şüarları yazılmış plakatlar daşıyıblar.

Bu aksiya "Faşizm əleyhinə birlik" qrupunun dəvəti ilə Londonun şimalında, Finzberi məscidinə edilən son terror hücumunu qınamaq məqsədi ilə təşkil edilib.

Bu aksiya ilə bir vaxtda "Britaniyanı Müdafiə Liqası" adlı ifratçı qrupun tərəfdarları da Londonun Trafalqar meydanında bir araya gəliblər.

İki qrupun tərəfdarları daha sonra Birminqhamda da eyni zamanda aksiya keçiriblər.

Britaniyanın Ali Məhkəməsi "Öncə Britaniya" qrupunun üzvlərinə 3 il müddətinə məscidlərə daxil olmağı qadağan edib.

Teqlər