İyun 26, 2017 11:51 Asia/Baku
  • Amerika 109 qadın və uşağı qətlə yetirib
    Amerika 109 qadın və uşağı qətlə yetirib

"Amerikan koalisiya"-nın Suriya və İraqa qarşı hava hücumları nəticəsində may ayında 57 qadın və 52 uşaq qətlə yetirilib.

Əl-Minar telekanalının verdiyi məlumata görə, Britaniyada çıxan İndependent qəzeti "Air wars" adlı bir müəssisənin hesabatına istinadla bildirib ki, may ayı, Amerikanın başçılıq etdiyi qüvvələrin hava hücumlarının başlandığı 2014-cü ildən bəri ən qanlı ay olub.

Bu məlumata görə, amerikan koalisiyanın bir ay ərzində Suriyaya qarşı hava hücumlarında 348, İraqa qarşı hücumlarda isə 521 nəfər həlak olub və bu ay aprel ayı ilə müqayisədə sivil tələfatında 23 faiz artım müşahidə olunur. 

Suriya və İraq vətəndaşlarının tələfatının artması, koalisiya qüvvələrinin Suriyanın Riqqə və İraqın Mosul vilayətlərində hava hücumlarının artması ilə əlaqədardır. Bu hücumlarda iraqlı və suriyalı vətəndaşların həlak olmasından əlavə bu iki ölkənin infrasturukturları da dağıdılır. 

Mosul və Riqqənin azad olunması əməliyyatlarının yekun mərhələdə olduğunu nəzərə alaraq Amerikanın başçılıq etdiyi koalisiyanın hücumları mülkiyə qarşı faciəli tələfatla nəticələnir. 

Teqlər