İyun 26, 2017 17:13 Asia/Baku
  • Nikolas Madoro
    Nikolas Madoro

Venesuela prezidenti bu ölkənin bəzi rəsmilərinin ABŞ ilə gizli əməkdaşlıqlarından və onun hökumətinə qarşı çevriliş planı hazırlamalarından danışıb.

Nikolas Madoro Venesuela parlamentinin sədri və digər müxalifət rəhbərlərini Amerika ilə gizli əməkdaşlıqda, dövlət çevrilişi planı hazırlamaqda ittiham edib. O parlament sədrinə bəzi yaxın adamların və onun müavinlərinin bu sahədəki rolundan, hazırlanmış planın puça çıxarılmasından və çevriliş başçılarının xüsusiylə Xoliyo Burxesin müvəffəqiyyətsizliyə uğramalarından xəbər verib. 

Madoro Venesuelada böhranın yarandığı gündən daima xarici qüvvələr xüsusiylə ABŞ-ın bu ölkədə yaranmış siyasi böhran və iğtişaşların arxasında durduğunu bildirmişdir. İndi Madoro elə bir şəraitdə milli məclisin sədrini və bəzi rəsmiləri bu mövzu ilə əlaqədar ittiham edir ki, konstitusiyaya yenidən baxılması və hazırkı böhrana son qoyulması üçün təsisçilər məclisi üçün seçkilər planlaşdırılmaqdadır. 

Parlamenti saxtakarlıqda ittiham edərək rəsmən tanımayan müxalifət ölkədə küçə isyanları ardıncadırlar və bu yolla 30 iyunda keçiriləcəyi qərara alınmış Milli Məclis seçkilərinin qarşısını almağa cəhd göstərirlər. 

Teqlər