İyun 27, 2017 16:30 Asia/Baku
  • Trampın Xan Şiyxun kimyəvi bombardmanındakı yalan iddiası

Tanınmış amerikalı yazar deyib ki, bu ölkənin prezidenti Suriyanın İdlib vilayətinin Xan Şiyxun məntəqəsində baş vermiş kimyəvi hadisə barədəki mühüm kəşfiyyat məlumatlarına göz yumubdur.

Suriyanın SANA xəbər agentliyinin məlumatına görə, tanınmış amerikalı yazar Seymur Herş bir məqalə dərc etdirərək, yazıb: Amerika prezidenti Donald Tramp bu ölkənin ötən apreldə Xan Şiyxun məntəqəsində baş vermiş kimyəvi hücuma dair azacıq da olsa belə, bir faktın olmamasına dair son dərəcə mühüm kəşfiyyat məlumatlarına göz yumubdur.

Seymur Herş əlavə edib: Amerikanın kəşfiyyat orqanlarının məlumatları göstərir ki, amerikalı rəsmilərin Xan Şiyxun kimyəvi hücumu barədəki iddiaları reallıqdan uzaqdır.

Bu amerikalı yazar və analitik vurğulayıb: Amerikanın kəşfiyyat orqanları tərəfindən təqdim olunmuş məlumatlar bu məsələyə aydınlıq gətiribdir ki, Suriya ordusu aprelin dördündə terror qruplarının mövqelərini təkcə adi silahlarla hədəfə alıbdır.

Seymur Herş sonra belə qeyd edib: Amerikanın bəzi hərbi və kəşfiyyat rəsmiləri Trampın bu barədə təqdim olunmuş məlumatları görməməzliyə vurmağa dair təzyiqlərindən məyusluq ifadə ediblər.

ABŞ-ın bir hərbi gəmisi 2017-ci il aprelin 7-də Tomahak tipli Kruz raketlərini Aralıq dənizinin şərqindən Suriyanın Hums vilayətində yerləşən Əlşayrat hava bazasına atdı. Vaşinqton iddia edirdi ki, Suriyanın İdlib vilayətinin Xan Şiyxun məntəqəsinə qarşı kimyəvi hücum məhz bu bazadan atılıbdır.

Ağ Ev indiyədək bu iddianı sübut etmək üçün faktların təqdim olunmasında aciz qalıb və bu məsələ bir çox ölkənin və beynəlxalq təşkilatın tənqidlərilə üzləşibdir.

 

Teqlər