İyun 29, 2017 08:43 Asia/Baku
  • Gregory Weldon Meeks
    Gregory Weldon Meeks

ABŞ Nümayəndələr Palatasının üzvü bu ölkə prezidentinin siyasətlərinin mənfi nəticələri haqda xəbərdarlıq edib.

İRİB-in məlumatına görə, ABŞ Nümayəndələr Palatasında Nyu-Yorkun nümayəndəsi Qreqori Ueldon Meks çərşənbə günü deyib: Prezident Donald Tramp ABŞ-ın dünyadakı mövqeyini aşağı endirib və amerikalılara xəyanət edib. 

Nümayəndələr Palatasının üzvü əlavə edib: Ağ Evin müttəfiqləri onlara xəyanət olunduğunu hiss edirlər.

Ueldon Meks deyib: Bir çox amerikalı bu qənaətdədir ki, Tramp hökumətinin izlədiyi təcrid xarakterli siyasətlə onlara xəyanət olunmuşdur. 

ABŞ Nümayəndələr Palatasının üzvü həmçinin bildirib: Donald Tramp Səudiyyə Ərəbistanına getdiyi zaman bu ölkədə insan haqları haqda sükut etdi. 

ABŞ-da yeni rəy sorğularının nəticələrinə görə, əksər amerikalılar prezidentin siyasətləri və addımlarına etimad etmirlər. 

Teqlər