İyul 08, 2017 14:20 Asia/Baku
  • Putin-Tramp
    Putin-Tramp

ABŞ və Rusiya Almaniyada 20-lər qrupuna üzv dövlətlərin sammitinin kənarında rus və amerikalı prezidentlər Vladimir Putin və Donald Tramp arasında görüşdəki açıqlamalar haqda ziddiyyətli açıqlamalar veriblər.

CNN televiziyasının məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov deyir ki, Tramp bu görüşdə Rusiyanın ABŞ prezident seçkilərində müdaxiləsi haqda Vladimir Ptuinin inkarını qəbul edib. Halbuki ABŞ hökumətinin yüksək səviyyəli rəsmisi CNN-ə bildirib ki, belə bir məsələ həqiqəti əks etdirmir.

Eyni zamanda Tramp və Putin bu görüşdə Suriyanın cənub-qərb bölgələrində atəşkəsin bərpa olunması üzrə razılığa gəliblər. Bu atəşkəs bazar günündən qüvvəyə minəcək.

ABŞ dövlət katibi Reks Tillerson deyib: Atəşkəs üzrə bu anlaşma ABŞ və Rusiyanın Suriya böhranı haqda əməkdaşlıq edə biləcəklərinin ilkin nişanəsidir. Tillerson Putinlə Trampın görüşündə iştirak edən ABŞ hökumətinin yeganə yüksək səviyyəli rəsmisi olub.

20-lər qrupuna üzv dövlət başçılarının Almaniya sammiti kənarında Tramp və Putinin görüşü gözlənilən zamandan daha uzun sürüb.

Teqlər