İyul 11, 2017 15:36 Asia/Baku
  • Ötən 24 saat ərzində Amerikdada baş vermiş silahlı insidentlərdə təqribən 50 nəfər ölüb və yaralanıb
    Ötən 24 saat ərzində Amerikdada baş vermiş silahlı insidentlərdə təqribən 50 nəfər ölüb və yaralanıb

Ötən sutka ərzində Birləşmiş Ştatlarda baş vermiş silahlı insidentlərdə 49 nəfər ölüb və yaralanıb.

İRİB-nin verdiyi məlumata görə, Amerikada Silahlı İnsidentlərin Qeydə Alınması Mərkəzinin verdiyi məlumata görə, ötən 24 saat ərzində Nevada, Ohayo, İlinoys və Kaliforniya ştatları daxil olmaqla bəzi ştatlarda baş vermiş silahlı insidentlər 49 nəfərin ölməsi, 35 nəfərin isə yaralanmasına səbəb olub.

Həmçinin, bazar ertəsi gününə qədər olan son 24 saat ərzində ABŞ-ın müxtəlif şəhərləri və ştatlarında baş vermiş 154 silahlı insident zamanı 44 nəfər ölüb, 130 nəfər isə yaralanıb.

Hər il Amerikada silahlı insidentlər nəticəsində minlərlə nəfər ölür və yaralanır. Sivil və ictimai qrupların fəaliyyətlərinə rəğmən, silah kartellərini himayə edən lobbi təşkilatları Amerikada silah gəzdirməklə bağlı məhdudiyyətlərin tətbiq edilməsi üzrə qanunların gündəmə gətirilməsinə icazə vermir.

Teqlər