İyul 14, 2017 20:20 Asia/Baku
  • Parisdə Tramp və Makrona qarşı aksiya
    Parisdə Tramp və Makrona qarşı aksiya

Fransa xalqından yüzlərlə nəfər bu ölkənin milli günü şənliyində ABŞ prezidentinin militarist siyasətlərinə və Fransa dövlətinin bu siyasətləri müşayiət etməsinə qarşı aksiya keçirib.

IRIB-nin məlumatına görə, bu aksiya 14 iyul münasibətilə silahlı qüvvələrin Parisin Kelişi meydanından Şepel darvazasına doğru parad keçməsindən sonra başlanıb.

Aralarında fəhlə qruplarının da müşahidə olunduğu bu aksiyanın iştirakçıları müharibə əleyhinə şüarlar veriblər. Onların əllərində üzərlərində "İnsanlıq adına faşizm və kapitalizmlə mübarizə aparacağıq!" şüarı yazılmış plakatlar olub.

Teqlər