İyul 16, 2017 13:35 Asia/Baku
  • Los-Anclesdə qarşıdurma
    Los-Anclesdə qarşıdurma

Kaliforniya ştatının Los-Ancles şəhərində ABŞ prezidentinin müxalifləri və tərəfdarları arasında toqquşma baş verib.

İRNA-nın verdiyi məlumata görə, dünən Los-Anclesin Hollivud bölgəsində ABŞ prezidenti Donald Trampın siyasətlərinə qarşı keçirilən aksiyada onun müxalifləri ilə tərəfdarları arasında toqquşma baş verib.

Kaliforniya polisi hadisədən sonra ən azı bir nəfəri həbs edib. 

Trampın siyasətlərinə qarşı etiraz edənlər Los-Anclesin Hollivud ərazisinə toplaşarkən Trampın tərəfdarlarının hücumuna məruz qalıblar. Tramp hökumətinin fəaliyyətə başlamasından bəri ABŞ-ın müxtəlif şəhərləri ona qarşı vaxtaşırı etirazların şahidi olur.  

Teqlər