İyul 20, 2017 10:29 Asia/Baku
  • ABŞ Suriyada İran ilə qarşıdurmadan çəkinməlidir
    ABŞ Suriyada İran ilə qarşıdurmadan çəkinməlidir

Avropa Xarici Əlaqələr Şurası düşüncə otağı ABŞ hökumətinə Suriyada İrani lə qarşıdurmadan çəkinməsini tövsiyə etdi.

Avropa Xarici Əlaqələr Şurası düşüncə otağı öz internet səhifəsində yer alan bir yazıda Suriya ordusu və xalq qüvvələrinin ölkənin şərq istiqamətində irəliləməsinə və İŞİD terrorçularının bu məntəqələrdə məğlub olmasına işarə edərək, ABŞ ilə İran arasında qarşıdurma ehtimalından söz açıb. 

Bu yazıda deyilir: Vaşinqtonda bəziləri ümid edirlər ki, Amerika İranın Suriyanın şərqindəki regional nüfuzunu məhv edəcək. Halbuki, İran Suriyada təşəbbüskarlığı öz əlinə alıb. 

Avropa Xarici Əlaqələr Şurası düşüncə otağı İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Tehran terror aktlarına cavab olaraq Suriyada İŞİD terrorçularının mövqelərinə raket zərbələri endirməsinə işarə edərək, yazır: İranın İŞİD terrorçularına qarşı bu birbaşa raket hücumu Amerika və Ərəbistan üçün aydın müraciətə malik idi. 

Bu düşüncə otağı Avropa ölkələrinin Tramp hökumətinə Suriya ilə bağlı mövqeyinə aydınlıq gətirməsi üçün təzyiq göstərməli olduqlarını bildirərək, Suriyada İran ilə savaşın uğursuzluğa düçar olacağını yazır. 

Teqlər