İyul 20, 2017 13:32 Asia/Baku
  • Putin və Tramp arasında məxfi görüşün baş tutması təkzib edildi
    Putin və Tramp arasında məxfi görüşün baş tutması təkzib edildi

Moskva Almaniyanın Hamburq şəhərində, G20 sammitinin kənarında Rusiya və ABŞ prezidentləri arasında məxfi görüşün keçirilməsi ilə bağlı xəbərləri təkzib edib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Kreml sarayının sözçüsü Dmitri Peskov çərşənbə günü Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında hansısa gizli görüşün baş tutmasını təkzib edib. 

Vaşinqton çərşənbə axşamı bildirmişdi ki, Almaniyanın Hamburq şəhərində, G20 sammitinin kənarında Putin və Tramp arasında sürən 2 saatlıq rəsmi görüşün ardınca Rusiya və ABŞ prezidentləri şam ziyafətinin kənarında da bir-biri ilə görüşüb, danışıqlar aparıblar. 

Peskov Rusiya və ABŞ prezidentləri arasında məxfi görüşün keçirilməsini rədd edərək deyib, Bu görüş üçün "məxfi" və ya "gizli" ifadələrindən istifadə etmək təəccüb doğurur və bir anlaşılmazlığın nəticəsi sayıla bilər. 

Rusiya prezidentinin sözçüsü həmçinin deyib: Putin və Tramp arasındakı görüş diplomatik kanallar vasitəsi ilə baş tutub və tərəflər bu görüşdə bir-biri ilə fikir mübadiləsi aparıblar. 

Teqlər