İyul 20, 2017 14:22 Asia/Baku
  • Serj Sarkisyan
    Serj Sarkisyan

Serj Sarkisyan Rusiyadan asılılığın azaldılması məqsədi ilə bu ölkə ilə əlaqələrə yenidən baxılması çağrışına reaksiya olaraq, bunun İrəvan üçün son dərəcə ağır nəticələrinin olacağını deyib.

İRNA-nın məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan çərşənbə günü "Armeniya" telekanalına verdiyi müsahibədə deyib: Rusiya ilə əlaqələrə yenidən baxılması çağırışı və bu addımın Rusiyanın Azərbaycana silah satışına bir reaksiya olduğunun bildirilməsi çox təhlükəli hərəkətdir. 

Sarkistan İrəvan - Moskva əlaqələrinə yenidən baxılmasını tələb edən qruplar və şəxslərə xitabən deyib: Nəyə arxalanaraq belə bir addım atmaq istəyirsiniz? Yoxsa Türkiyə, yaxud NATO-nun Ermənistana qucaq açacağını düşünürsünüz? Məgər hamı ilə düşmən olmalıyıq? Bunun özü Bakıya kömək etmək olardı. 

Qarabağ məntəqəsində gərginliyin artması və atəşkəsin intensiv şəkildə pozulmasının ardınca Azərbaycan Rusiyadan aldığı silahları bu məntəqəyə göndərməyə başlayıb. Bu da Ermənistanda bəzi qruplar və siyasətçilərin Rusiya əlaqələrə yenidən baxılması məsələsini gündəmə gətirmələrinə səbəb olub. 

Teqlər