İyul 23, 2017 19:40 Asia/Baku
  • Fransızlar polis zorakılığına
    Fransızlar polis zorakılığına "dur" dedi

Fransa vətəndaşları Parisin şimalında yerləşən Beamont Sur Oise məntəqəsində aksiya keçirərək, polis zorakılığına etiraz ediblər.

Fransada çıxan Fiqaro qəzetinin yazdığına görə, şənbə günü axşam Parisin şimalında yerləşən Beamont Sur Oise məntəqəsində polis zorakılığının qurbanı olmuş 24 yaşlı qaradərili gənc Adama Traorenin xatirəsinə həsr olunmuş aksiyada polis zorakılığı əleyhinə şüarlar verilib.

Aksiya iştirakçıları "Sülh və ədalət yoxdur" şüarı verərək, polis zorakılığı qurbanlarının işlərinin araşdırılmasını istəyiblər.

Teqlər