İyul 23, 2017 20:11 Asia/Baku
  • Amerika İrana qarşı hərbi seçimdən istifadəyə qadir olmadığını etiraf etdi
    Amerika İrana qarşı hərbi seçimdən istifadəyə qadir olmadığını etiraf etdi

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Birləşmiş Ştatların üzləşdiyi daxili və xarici problemlərə işarə edərək, Vaşinqtonun İran İslam Respublikasına qarşı hərbi seçimdən istifadə qüdrətinə malik olmadığını etiraf edib.

İRİB-nin verdiyi məlumata görə, Kristofer Cons deyib: Amerika çox çətin bir duruma malikdir və kifayət qədər resorslara da malik deyil. Buna görə də, indi İrana qarşı hansısa addım atmaq üçün münasib zaman deyil.

ABŞ Senatının bu demokrat üzvü Ağ Ev və Konqresə İran ilə qarşıdurmanın nəticəsi barədə düşünməyi tövsiyə edib və deyib: ABŞ-ın ötən illər ərzindəki addımları davamlı olaraq uğursuzluqlar ilə yanaşı olub.

Teqlər