İyul 24, 2017 18:12 Asia/Baku
  • Amerikalılar Suriyanın şərqində yenə cinayət törətdi
    Amerikalılar Suriyanın şərqində yenə cinayət törətdi

ABŞ-ın qırıcı təyyarələri Suriyanın şərqində yerləşən Deyruz-Zur vilayətinin əl-Məyadin şəhərində onlarla sivili qırğın edib.

SANA-nın məlumatına görə, yerli dairələr bildiriblər: ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə koalisiya" qırıcıları bazar ertəsi günü əl-Məyadin şəhərində əl-Fənş bölgəsində vətəndaşların mənzillərindən çıxdığı zaman ərazini bombalayıblar. 

Bu hadisədə ictimai əmlaka ciddi şəkildə ziyan dəyib. 

ABŞ qırıcıları 16 iyulda Fərat çayının sahilində əl-Kəşkiyyə qəsəbəsini bombalayıblar. Nəticədə bir çox Suriya vətəndaşı həlak olub və yaralanıb. 

Bundan öncə də ABŞ qırıcıları 27, 28 və 29 iyulda əl-Məyadin şəhəri, Əs-Sur qəsəbəsi və əl-Diblan kəndini bombalamışdı. Nəticədə 90 suriyalı həlak olmuşdu. 

ABŞ və bir neçə müttəfiq ölkə 2014-cü il avqust ayından İŞİD terror qruplaşması ilə mübarizə bəhanəsi ilə BMT çərçivəsindən kənar və Suriya dövləti ilə koordinasiya etmədən beynəlxalq koalisiya təşkil edib. Bu koalisiyanın hücumu nəticəsində indiyə qədər çoxlu sayda suriyalı həlak olub və bu ölkənin infrastrukturuna ciddi şəkildə ziyan dəyib. 

Suriya dəfələrlə BMT Təhlükəsizlik Şurasından ABŞ-ın başçılıq etdiyi qeyri-qanuni hərəkətlər və təcavüzlər haqda ölçü götürməsini istəyib. 

Teqlər