İyul 26, 2017 17:16 Asia/Baku
  • ABŞ-ın İran əleyhinə yeni sanksiyaları; Nüvə Anlaşmasının aşkar şəkildə pozulması
    ABŞ-ın İran əleyhinə yeni sanksiyaları; Nüvə Anlaşmasının aşkar şəkildə pozulması

İran əleyhinə sanksiyaların əsas qanunu ABŞ Nümayəndələr Palatasında demokratlar və respublikaçıların səs çoxluğu ilə təsdiq olunub. Bu qanun Senatın təsdiqindən sonra Nümayəndələr Palatasında 419 lehinə və 3 əleyhinə səslə təsdiqlənib.

ABŞ Nümayəndələr Palatasının rəhbəri Pol Rayan İran əleyhinə sanksiyaların yeni qanununu tarixdə ən böyük sanksiya paketi adlandırıb. Bu qanun təsdiqləndikdən sonra Ağ Ev sözçüsü Sara Sanders bildirib ki, prezident İran, Rusiya və Şimali Koreya əleyhinə sərt sanksiyaları dəstəkləyir. Donald Tramp da deyib ki, gələn 24 saat ərzində hərbi ekspertlərlə görüşəcək və qərarını elan edəcək. ABŞ-ın nüvə anlaşmasını dəfələrlə pozduğu və ona əməl etmədiyi bir halda, Amerika prezidenti Donald Tramp Ohayo ştatının Yanqston şəhərində bir toplantıda nüvə anlaşmasında öz öhdəliklərini yerinə yetirən İrana xəbərdarlıq edib ki, Əhatəli Müştərək Təşəbbüs Proqramının müddəalarına sadiq qalmalıdır. Əks təqdirdə Tehran üçün çox-çox böyük problemlər yaranacaqdır. Amma Tehranda bütün səslər birləşmişdir. Prezident, xarici işlər naziri və nüvə müzakirəçiləri də ABŞ tərəfindən nüvə anlaşmasının pozulmasını qeyd edib və Amerika Nümayəndələr Palatasında əsas sanksiyalar qanunu təsdiqləndiyi halda, Vaşinqtonun İranın qətiyyətli və münasib cavabını gözləməli olduğunu bildiriblər. Cənab Zərif hətta Nyu-Yorka səfərində Nüvə Anlaşmasından çıxmaq seçimini masa üzərinə qoyub.

Təxminən 1 ay öncə Senatda səs çoxluğu ilə təsdiqlənən 184 səhifəlik layihə daha artıq araşdırılması və bəzi islahatların aparılması üçün bir ay Nümayəndələr Palatasında gözləməli oldu. İndi bu layihə qanuniləşdi və icraya qoyulacaq.

ABŞ xəzinədarlıq naziri Stiven Mnuçin deyib: Biz İran əleyhinə əlavə sanksiyaları davam etdiririk. Sizi arxayın edirəm ki, qanunun icazə verdiyi maksimum ölçüdə sanksiyalardan Tehran əleyhinə istifadə edəcəyik.

Beynəlxalq münasibətlər üzrə ekspert Fuad Eyzədi deyib: Mətn elə bir formada yazılıb ki, hər kim istənilən şəkildə hökumət, ordu, Sepahla əlaqədə olarsa, bu qanuna əsasən terrorçular siyahısına düşə və sanksiyaya məruz qala bilər. Nüvə anlaşmasından sonra 2-ci dərəcəli sanksiyaları təqdim etdilər. 2-ci dərəcəli sanksiyalarla praktiki şəkildə hamını bir qanunla sanksiyaya məruz qoya bilərlər. və bu qanun bütün sanksiyaların əsasıdır.

S 722 sanksiyası və ya İranın destabilləşdirici hərəkətləri ilə qarşılaşmaq proqramı praktiki şəkildə nüvə anlaşmasının 26, 27, 28, 29 və 33-cü maddələrinin açıq-aşkar pozulması deməkdir. Sanksiyalarla birbaşa əlaqədar əsas sektor isə iqtisadiyyat sektoru olacdaqdır. Aydın olan budur ki, bu sanksiyaların təsdiqlənməsi Nüvə Anlaşmasının açıq-aşkar şəkildə pozulmasıdır. Və qətiyyətli və münasib cavabla qarşılanmalıdır.

İran parlamentinin sədri Əli Laricani deyib: Bir hissəsi haqda parlamentdə qərar veriləcək. Belə ki, parlamentdə bununla əlaqədar bir sıra addımlar atılmışdır. Və bir başqa hissələri haqda da Nəzarət heyətində təsdiqlənmişdir.

İran hökuməti sözçüsü Məhəmməd Baqir Nobəxt deyib: İran prezidentinin qeyd etdiyi kimi, biz bu sahədə qətiyyətli addımı atacağıq.

Amerikalılar Obamanın dövründən İSA qanununu təsdiqləməklə nüvə anlaşmasının pozulmasına başlayıblar. İndi də Trampın dövründə bu proses daha da şiddətlənmişdir. Nüvə Anlaşmasının pozulması hazırda o qədər açıq-aydındır ki, artıq onun haqqında başqa bir nəticənin çıxarılmasına imkan vermir.