Avq 11, 2017 13:55 Asia/Baku
  • Yaponiya ordusu hazırlıq vəziyyətinə gətirilib
    Yaponiya ordusu hazırlıq vəziyyətinə gətirilib

Koreya yarımadasında böhranın qızışmasının ardınca Yaponiyanın hərbi qüvvəlləri hazırlıq vəziyyətinə gətirilib.

İRNA-nın verdiyi məlumata görə, Yaponiyanın müdafiə naziri İtsunori Onodera bu gün Tokyoda müxbirlərə verdiyi müsahibədə Koreya yarımadasında gərginliyin artmasından nigaran qaldığını deyib və bildirib ki regionda vəziyyət gərgindir və Yaponiya öz silahlı qüvvələrini hazırlıq vəziyyətinə gətirmək məcburiyyətindədir. 

Yaponiya silahlı qüvvələri elə bir halda hazırlıq vəziyyətinə gətirilir ki, Şimali Koreya son günlər ABŞ-ın Sakit okeandakı Quam adasında yerləşən hərbi bazasının yaxınlığını ballestik raketlə hədəfə almağı planlaşdırdığını bildirib. 

Teqlər