Avq 12, 2017 09:59 Asia/Baku
  • Rusiya Baltik dənizində hərbi təlimlərə başlayıb
    Rusiya Baltik dənizində hərbi təlimlərə başlayıb

Rusiya Hərbi Dəniz Donanması Kalininqrad şəhəri sahillərində böyük taktiki hərbi təlimlərə başlayıb.

Bu hərbi təlimlər Baltik dənizi sularında Rusiya ordusunun böyük hərbi təlimlərinin yeni etapı sayılır. 

2 mindən çox hərbi dəniz piyadası, 11-ci diviziyanın hərbçiləri də bu hərbi təlimlərdə iştirak edir. 

Hərbi təlimlər Xmelovka sahilini təlim obyektində keçirilir. 

Rusiya ordusu rəsmilərinin dediyinə görə, hərbi təlimlərdə məqsəd hücum, sahil bölgələrini ələ keçirmək və düşmən qüvvələrini bu bölgələrdən qovmaq məharətinin yüksəldilməsidir. 

100-dən çox hərbi vasitə, 20 gəmi, kiçik və böyük gəmilər, 12 təyyarə və helikopter bu hərbi təlimdə iştirak edir. 

Teqlər