Avq 12, 2017 12:00 Asia/Baku
  • Misirdə qatar qəzası
    Misirdə qatar qəzası

Misirin İskəndəriyyə vilayətində 2 qatarın toqquşması nəticəsində 36 nəfər həlak olub, 150 nəfər də yaralanıb.

Hələlik hadisənin səbəbi bəlli deyil. Misir baş prokuroru və baş naziri hadisənin araşdırılmasına göstəriş veriblər. 

Misirin bir hərbi rəsmisi bu haqda deyib: Hadisə cümə namazından sonra baş verib. Pursəid və Qahirə istiqamətlərindən hərəkət edən iki qatar toqquşub. Dərhal təhlükəsizlik rəsmiləri və icraiyyə qurumlarının rəhbərləri xilasedici qruplarla hadisə yerinə gediblər və yaralıların İskəndəriyyə xəstəxanasına nəql olunmasına başlanıb. 

Teqlər