Avq 14, 2017 13:18 Asia/Baku
  • İngiltərə vətəndaşı İŞİD ilə mübarizə üçün kürd qüvvələrə qoşulub
    İngiltərə vətəndaşı İŞİD ilə mübarizə üçün kürd qüvvələrə qoşulub

Bir İngiltərə vətəndaşı Suriyanın Rəqqə şəhərində təkfirçi-sionist İŞİD qrupu ilə mübarizə üçün kürd qüvvələrə qoşulub.

İngiltərədəki bir idarədə informasiya texnologiyası üzrə işçi olmuş Cek Holms hazırda Suriyaya gəlibdir ki, snayper kimi İŞİD ilə döyüşün ön cəbhəsində vuruşsun.

Təqribən bir il bundan öncə Holms İngiltərəni tərk etdikdən sonra Skay Nyus telekanalı ilə müsahibədə belə demişdi: Rəqqədə döyüş olduqca ağırdır; yarımhərbçilər hər yerdə vardır.

Cek Holms söyləyib: Buraya gəlməzdən öncə hamı kimi adi yaşayışa malik idim. Mən kompüter təmir və əlbəttə, rəssamlıq da edirdim. Bəli, mən adi yaşayışa malik idim. Sonra kürd qüvvələrə qoşulmaq qərarına gəldim. Suriyada İŞİD ilə vuruşmaq istəyirdim. Elə bu.

Teqlər