Avq 15, 2017 09:31 Asia/Baku
  • Tramp tərəfdarları və əleyhdarları toqquşdu
    Tramp tərəfdarları və əleyhdarları toqquşdu

ABŞ prezidentinin tərəfdarları və əleyhdarlarının Sietl şəhərindəki aksiyaları qarşıdurma ilə nəticələnib.

İRİB-in məlumatına görə, ABŞ prezidentinin tərəfdarı və mühafizəkar qrupun vətənpərəstlik yürüşü keçirmək üçün proqramlaşdırmasına reaksiya olaraq, bir qrup əleyhdar bazar ertəsi günü Donald Tramp əleyhinə aksiya keçirib. 

Bu aksiya ABŞ prezidenti əleyhdarlarının Trampın dəstəkçiləri və radikal millətçilərlə toqquşması ilə insidentlə nəticələnib. 

ABŞ polisi də insidentə müdaxilə edib və gözyaşardıcı qaz, dəyənək və rezin güllələrlə aksiyanı yatırıb. Bu insidentdə bir neçə etirazçı saxlanılıb. 

Cümə günündən şənbə gecəyə qədər Virciniya ştatının Şarlottasvil şəhəri ağdərili irqçilik tərəfdarları ilə əleyhdarları arasında qarşıdurmanın şahidi olmuşdu. 

Teqlər