Avq 15, 2017 09:49 Asia/Baku
  • Tramp qülləsi qarşısnda etiraz aksiyası

ABŞ vətəndaşları Nyu-Yorkun Menhetten bölgəsində ölkə prezidenti Donald Tramp qülləsi qarşısına toplaşaraq onun prezidentlikdən kənarlaşmasını istəyiblər.

Röytersin məlumatına görə, minlərlə amerikalı etirazçı bazar ertəsi günü Tramp qülləsi qarşısına toplaşaraq irqçilik qarşısında zəif mövqe sərgilədiyinə görə, onu tənqid atəşinə tutub. 

Amerikalı etirazçılar əllərində plakatlar tutaraq Trampı nasistlərin lideri adlandırıb və "dominantlığa ölüm" şüarını səsləndiriblər. 

Tramp Virciniya ştatının Şarlottasvil şəhərində ağdərili millətçilərin aksiyasında dəhşətli hadisədən iki gün sonra Nyu-Yorkdakı qülləsinə qayıdıb. 

ABŞ prezidenti bir qadın və 19 nəfərin yaralanması ilə nəticələnən Şarlottasvil şəhərində ağdərili millətçilərin aksiyasına reaksiyasının formasına görə, tənqid atəşinə tutulub. 

Teqlər