Avq 16, 2017 10:01 Asia/Baku
  • Virtual mühit fəalları Trampın impiçmentini tələb ediblər

Virtual mühit fəalları Trampın impiçment olunmasını tələb ediblər.

ABŞ prezidenti Donald Trampın Şarlotsvill hadisəsi barədəki sözlərinə və onun irqçiləri pisləməməsinə reaksiya və tənqidlərin davamında "Trampı impiçment edin!" haştaqı 60 min dəfədən çox twitt edilərək, twitter-də ən yüksək reytinqə malik olubdur.

Şarlotsvill hadisəsi baş verərkən özünün Nyu-Cersi-dəki qolf meydançasında başı qolf oynamağa qarışmış Tramp hadisədən çox sonralar bir müraciət yayıb.  O, bu müraciətdə həlak olanların ailələrinə başsağlığı göndərmiş olsa da, sağçı ekstremist və rasist qrupların pislənilməsi istiqamətində qətiyyətli addım atmayıbdır. Bu da bir çox reaksiya və tənqidlərə səbəb olubdur.

"Hil" vebsaytı da xəbər veribdir ki, ABŞ konqresinin nümayəndələr palatasının demokrat üzvlərindən bir qrupu bu ölkənin daxilində terrorizmin artmasından nigarançılıq və Trampın irqçiləri pisləməkdən çəkinməsini tənqid edərək, məsələnin konqresdə araşdırılmasını istəyibdir.

ABŞ prezidentinin Şarlotsvill hadisəsi barədəki mövqeyinə qarşı reaksiyalarda Tramp sənaye şurasının üzvü olan Amerikadakı ən böyük ticarət şirkətlərinin sərəncamçı müdirlərindən üçü də bu şuradan istefa veribdir.

Bu şura sənaye sahəsində Trampa məşvərət verən baş icra müdirləri məcmusundan təşkil olunubdur.

Teqlər