Avq 16, 2017 11:10 Asia/Baku
  • ABŞ-da islamofobiya və irqçilik pislənib

BMT-nin baş katibi ABŞ-da islamofobiya, irqçilik və ksenofobiyanı pisləyib.

BMT-nin baş katibi Antonio Quterreş Amerikanın Virciniya ştatının Şarlotsvill şəhərində baş vermiş zorakılıqları tənqid edərək, deyib ki, islamofobiya, irqçilik və ksenofobiya cəmiyyəti zəhərləyir.

BMT-nin baş katibi hər bir məkanda bəşəriyyətə zidd mənfur hərəkətlər qarşısında durmağın vacibliyini vurğulayıb.

Şənbə günü Amerikanın Virciniya ştatının Şarlotsvill şəhərində keçirilmiş aksiyada gənc bir oğlan maşını aksiyaçıların üstünə sürübdür ki, bu da bir qadının ölməsi, 19 nəfərin də yaralanması ilə nəticələnibdir.