Avq 16, 2017 17:16 Asia/Baku
  • London hava limanlarından birində partlayış

Yerli mənbələr Londonun "Saus End" hava limanında güclü partlayışın baş verməsindən xəbər veriblər.

Sputnik xəbər agentliyinin məlumatına görə, bu partlayış bu gün səhər baş verib. Nəticədə qatı qara tüstü havaya qalxıb.

"Saus End" hava limanının sözçüsü yanğınsöndürənlərin və yardım məmurlarının hadisə məkanına gəlmələrindən xəbər verib və deyib ki, bu partlayış nəticəsində baş vermiş yanğın nəzarətdədir və bu hava limanının fəaliyyəti hazırda adi şəkildə həyata keçir.

Hələ bu hadisə haqda artıq təfərrüat verilməyib və onun baş verməsi səbəbi açıqlanmayıbdır. Amma deyilənlərə görə, partlayış aeroportun şimal hissəsində, texniki xidmət bölməsində baş veribdir.

Teqlər