Avq 17, 2017 13:14 Asia/Baku
  • Rusiyadan ABŞ-ın Venesuelaya qarşı hərbi təhdidinə reaksiya
    Rusiyadan ABŞ-ın Venesuelaya qarşı hərbi təhdidinə reaksiya

Rusiya dövləti ABŞ-ın Venesuelaya qarşı gücdən istifadə edəcəyinə dair hədəsini pisləyib.

Fransada çıxan Le-Fiqaro qəzetinin məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Moskvada Boliviyanın xarici işlər naziri Fernando Uanakani Mamani ilə birgə mətbuat konfransında Venesueladakı siyasi böhranın tez bir zamanda həll edilməsi vacibliyini vurğulayaraq, belə qeyd edib: Buna nail olmaq yalnız dinc və müzakirə yolu ilə mümkündür.

Rusiyanın xarici işlər naziri bununla belə, Venesuelada hərbi müdaxilə hədəsi daxil olmaqla bu ölkəyə qarşı hər cür xarici təzyiqin tətbiq olunmasını məzəmmət edibdir.

ABŞ prezidenti Donald Tramp ötən cümə hədələyərək demişdi ki, bu ölkə barədə bir çox seçimlər, o sıradan hərbi seçim mövcuddur.

ABŞ-ın vitse-prezidenti Mayk Pens də bazar ertəsi günü Venesuelanın daxili işlərinə qarışaraq, demişdi ki, Vaşinqton Venesuelanın region təhlükəsizliyi üçün bir xətərə və məğlub bir ölkəyə çevrilməsinə yol verməyəcəkdir.

Venesuela son aylar küçə çaxnaşmaları səhnəsidir.

Venesuela dövləti ABŞ-ı və Ağ Evin dəstəklədiyi sağçı partiyaları bu çaxnaşmaların amili bilir.

Teqlər