Avq 17, 2017 13:59 Asia/Baku
  • Amerika vətəndaş müharibəsinin yeni növü ərəfəsində
    Amerika vətəndaş müharibəsinin yeni növü ərəfəsində

Nyu-Yorker nəşrinin internet portalı "Amerika vətəndaş müharibəsinin yeni növünə doğru hərəkətdədirmi?" başlıqlı bir məqalə dərc edib.

Nyu-Yorker nəşrinin internet portalı Rabin Raytın qələmindən çıxmış "Amerika vətəndaş müharibəsinin yeni növünə doğru hərəkətdədirmi?" başlıqlı bir məqalədə yazır: Rasist ağdərililərin aksiyasının ardınca başlanmış Amerikanın Virciniya ştatının Şarlotsvill şəhərindəki son çaxnaşmalar bəzi amerikalıları bu ölkədə vətəndaş müharibəsinin baş verməsi ehtimalı ilə bağlı qorxu və vahiməyə salıbdır.

Virciniyadakı toqquşmalar, rasist zorakılıqlar və qırğınlardan bir gün sonra bu ştatın qubernatoru Terri Mak Alif belə bir sual verib: Biz nə cür bura çatdıq?

Amerikadakı ifratçı sağçı cinah ötən il, keçən yarım əsr boyunca, hər dəfəkindən daha uğurlu şəkildə özünü bu ölkədəki əsas siyasi cərəyanlara daxil edə bilibdir. Amerikada "Cənubi Yoxsulluq Hüquq Mərkəzi" adlı hüquqi xeyriyyə təşkilatı fevral ayında yaydığı hesabatda bildiribdir ki, Amerikada 900-dən çox nifrət salan qrup fəallaşıb və həmin qrupların bu ölkədəki sayı artmaqda davam edir.

Nyu-Yorker əlavə edib: Amerikanın sabitliyi geniş surətdə bu ölkədəki siyasi diskursda gizli cərəyana çevrilməkdədir.

Rabin Rayt sonra bildirib: Hətta əgər Amerikada hərbi vətəndaş savaşının baş verəcəyini deməsək belə, güman etmək olar ki, bəlkə də bu ölkədə vətəndaş müharibəsinin yeni bir növü, yəni media savaşı baş verəcək.

Biz Amerikada irqçilik, qəbiləçilik və Amerika xalqı üçün irəliyə doğru hərəkət barədə təzadlı baxışlar qarşısında kövrəkik.

Amerika xalqı bu ölkədəki keçmiş vətəndaş savaşı barədə bəhs etməkdə deyil. Daha doğrusu, onların bəhsləri bu ölkədəki hazırkı irqi problemlər və müasir cəmiyyət haqdadır. 

Şarlotsvill Amerikada ifratçı sağçıların ilk aksiyası olmayıb və bu qrupun sonuncu aksiyası da olmayacaqdır.

Teqlər